Bu yaxınlarda estetik əməliyyat keçirərək, xarici görkəminə “əl gəzdirən” Aygün Kazımovadan xəbər var.AZXEBER.COM-un məlumatına görə, xalq artisti Amerikada ərsəyə gətirdiyi layihəsindən danışıb.
Müğənni söhbətində həmkarlarına atmaca atmağı da unutmayıb.“Bizdən Hollivuda heç kim gedib çıxmayıb, inanmıram da getsin. Mənə inanın. Amerika layihəmin mahnısını lentə aldırdım. Möhtəşəm bek-vokallarım var idi. Onlar bəlkə də məndən də yaxşı oxuyurdular. Bu layihəmdən dolayı həmvətənlərim mənimlə qürur duyacaq”.Müğənni bütün bu yenilikləri “10Lar” verilişinə eksklüziv açıqlamasında deyib.