Azərbaycanlı müğənni Aygün Kazımova “Coffee From Colombia” mahnısının klipi için Los Ancelesdə birlikdə kamera qarşısına keçdi. ANS PRESS-in hurriyet.com.tr-yə istinadən xəbər verir ki, “Coffee from Colombia” klipinin çəkilişlərindən dolayı bir neçə ay öncə Los-Ancelesə yollanan müğənni özü ilə repçiyə hədiyyə də aparıb. O, Snup Doqa fincan dəsti və türk qəhvəsi hədiyyə edib. A.Kazımova dünya şöhrətli repçi ilə “Coffee from Colombia” adlı layihə ərsəyə gətirib. Mahnıya çəkilən klip bir neçə gün öncə YouTube kanalında təqdim olunub. Beynəlxalq layihə “Dokuz Sekiz Müzik” Türkiyə prodüser mərkəzi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.