Aygün Kazımovanın Toliklə ayrılmasının əsl səbəbi - AZXEBER.COM-da

MAQAZİN
14:50 22.01.2013
3090
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova ilə prodüseri Tolik (Tarix Əliyev) arasındakı iş birliyinə son qoyulub. 
AZXEBER.COM-un məlumatına görə, bu haqda Tolik özünün Facebook profilində yazıb:“Bir il ərzində çalışdığım Aygün Kazımova ilə iş fəaliyyətimizə son qoyuldu. Bu, ikitərəfli razılaşma əsasında baş verdi. Hamıdan bunu düzgün formada təhlil etməyi xahiş edirəm. Fanatlara, Facebook istifadəçilərinin nəzərinə çatdırım ki, hazırda Aygün xanımla aramızda heç bir inciklik olmayıb. Və ayrılmağımız normal şəkildə həyata keçdi”.
Xalq artistiylə prodüserin nəyə görə ayrılması barədə AZXEBER.COM-a eksklüziv məlumat verilib. Müğənni yaxın olan və adının açıqlanmasını istəməyən şəxsin dediyinə görə, ayrılığa səbəb Tolikin ötən həftə Lider TV-də yayımlanan "Rəngarəng" verilişində dediyi sözlər olub. Belə ki, tanınmış prodüser müğənni Röyayla münasibətləri haqda danışıb və onu xeyli tərifləyib. Tolik deyib ki, Röyanın xətrini yenə də çox istəyr və onu yaxşı bir insan, dost kimi tanıyır. Mənbənin dediyinə görə, bu sözlərə qəzəblənən xalq artisti Aygün Kazımova prodüseri danlayıb. Tolik isə buna cavab olaraq onun yanından ayrılıb.
AZXEBER.COM məsələylə bağlı Tolikin də fikirlərini öyrənməyə çalışıb. Lakin prodüserin telefonları bağlı olduğundan bu mümkün olmayıb. Yazıda adıçəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

OXŞAR XƏBƏRLƏR