Müğənni xarici televiziyaların birinə verdiyi müsahibədə Qarabağ müharibəsində iştirak etdiyini söyləyib.
AZXEBER.COM-un məlumatına görə, müğənni xarici müxbirlə söhbətində ingilis dilini yaxşı bilmədiyi üçün Azərbaycan dilində danışmaq istədiyini söyləyib.
Aygün Kazımova müharibə ilə bağlı yeni klip çəkdirdiyini bildirib. O Zəngilan və Qubadlı uğrunda gedən döyüşlər zamanı 1 ay müharibədə iştirak etdiyini qeyd edib.
Maraqlıdır ki, müğənninin müharibədə iştirak etməsi ilə bağlı bu günə kimi mətbuatda heç bir məlumat dərc edilməyib.
Qeyd edək ki, video 2012-ci ilin iyul ayında “Youtube”a yerləşdirilsə də, hazırda sosial şəbəkələrdə daha çox müzakirə edilir.