Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Bütün Xəbərlər
12:06 13.11.2013
651

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində, xüsusən Lənkəran-Astara bölgəsinin çaylarında intensiv olması nəticəsində bu ərazidən axan çaylarda sululuğun kəskin artımı müşahidə olunub. Belə ki, noyabrın 9-da Lənkərançay-Lənkəranda suyun səviyyəsində 119, Lənkərançay-Sifidorda 100, Vəşərüçay-Daştatükdə 74 sm artım qeydə alınıb.Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-150, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 70-170, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, noyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 181 m3/s və ongünlük normanın 103 faizini təşkil edib.Noyabrın 12-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 96 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 78 m3/s təşkil edib və ongünlük normanın 91 faizinə bərabər olub.Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, noyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 1 sm artım, Salyanda və Bankədə isə 5 sm azalma qeydə alınıb.Hazırda Surra məntəqəsində suyun səviyyəsi 315 sm (2012-ci il noyabrın 12-də 367 sm), Şirvanda 151 sm (2012-ci il noyabrın 12-də 247 sm ), Salyanda 105 sm (2012-ci il noyabrın 12-də 223 sm ), Bankədə 181 sm (2012-ci il noyabrın 12-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 82 sm (2012-ci il noyabrın 12-də 193 sm) təşkil edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik