"Ayntraxt" 38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb

"Ayntraxt" 38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb
İDMAN
19:58 18.02.2022
396
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Makoto Hasebe ilə müqaviləni uzadıb.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.

Yaponiyalı oyunçu 2022/2023 mövsümünün sonunadək komandanın formasını geyinəcək, daha sonra karyerasını bitirərək, klubun məşqçilər heyətinə daxil ediləcək.

Qeyd edək ki, Makoto Hasebe "Ayntraxt"da 2014-cü ilin iyunundan forma geyinir. 2021/2022 mövsümündə o, 19 oyuna çıxıb.
OXŞAR XƏBƏRLƏR