"Ayrılıqlar və münasibətlər gündəmdədir"- Astroloqdan AÇIQLAMA

"Ayrılıqlar və münasibətlər gündəmdədir"- Astroloqdan AÇIQLAMA
MARAQLI
13:09 02.07.2025
279
"Venera və Uran birlikdə hərəkət edəcəklər. Təsir müddəti 3 gündür".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımında bildirib:
 
"Yeni dövrdə insanlar gözlənilməz şəkildə aşiq ola bilər. Hətta "bu mənim tipim deyil" dediyiniz birinə qarşı ani cazibə hiss edə bilərsiniz. Yaş fərqi olan, fərqli peşələrə sahib və başqa mədəniyyətlərdən olan şəxslərə maraq arta bilər.

Digər tərəfdən, uzun müddətdir davam edən, lakin artıq həyəcanını itirmiş münasibətlər sarsıla bilər. Münasibətlərdə ani qərarlar verilə və ya gözlənilməz hadisələr yaşana bilər. Bu dövrdə azadlıq ehtiyacı artacaq, şəxsi sərhədlər və fərdi məkan tələbi ön plana çıxacaq.
 
Təəccüblü bir şəkildə başlayan münasibətlər, eyni sürətlə sona çata bilər. Əgər münasibət içindəsinizsə, bu dövr ərzində partnyorunuzla birlikdə daha əvvəl sınamadığınız fərqli şeylər etməyə can ata bilərsiniz. Eyni zamanda, münasibətdə qarşı tərəfi məhdudlaşdırmamaq, sərt qaydalar qoymamaq tövsiyə olunur.

Çılğınlıq və flirt səviyyəsi də artacaq. Qısa müddətli, lakin həyəcanverici tanışlıqlar mümkündür. Yaş fərqi, fərqli mədəniyyət və peşələr bu marağın mərkəzində ola bilər".
 
Oksana


OXŞAR XƏBƏRLƏR