Uzun müddətdir İstanbulda yaradıcılıq işləri ilə məşğul olan müğənni Rəqsanə belində keçirdiyi əməliyyatdan sonra yenidən iş başına qayıdıb. Sinql çalışmalarını davam etdirən müğənni fotosessiya keçirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rəqsanənin yeni köməkçisi Ülvi məlumat yayıb. Türkiyənin tanınmış fotoqrafı, Sibel Can və bir sıra sənətçilərlə çalışan Güneş Kazdal kamerası qarşısına keçən Rəqsanəyə qızı Aysun da yaxından köməklik edib. Foto çəkimlərinin stilingini aparan Aysun anasına geyim seçib və özünün də hazırladığı geyimlərdən də istifadə edib.
Rəqsanənin obrazı üzərində tanınmış body-art və make-up müxtəxəsisi Murad Kəsər çalışıb. İddialı geyimləri ilə diqqət çəkəcəyini bildirən müğənni inşaat materiallarından hazırlanan geyim geyinib. Bu barədə yaxınlarda açıqlama verəcək Rəqsanə geyimində mismarlardan istifadə olunduğunu bildirib.
5 mahnıdan ibarət sinqla daxil olan musiqilərin hamısı Rəqsanəyə aiddir. Sinqla müğənninin vaxtilə məşhur mahnısının remiks versiyası da daxil ediləcək.
İyun ayının ilk həftəsi sinqlın çıxış mahnısına klip çəkdirəcək Rəqsanə tanınmış rejissor Eyup Dirliklə əməkdaşlıq edəcək. 70 nəfərdən ibarət komandayla çalışılacaq klipin hansı mahnıya çəkiləcəyini açıqlamayan müğənni klipi üçün xüsusi dekorun hazırlandığını da bidirib.
Bununla yanaşı, Rəqsanə qızının 80 geyimdən ibarət moda nümayişinin də hazırlıqlarına başlayıb. Qeyd edək ki, dizaynerliklə məşğul olan Aysunun moda nümayişi Bakıda keçiriləcək.![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)