Aytəndən geyimini qınayanlara cavab: "Dəb sərgisinə getməmişdim"

Aytəndən geyimini qınayanlara cavab: "Dəb sərgisinə getməmişdim"
MAQAZİN
10:37 14.06.2018
5515
Aparıcı Aytən Səfərova "Maşın” şounun ən qalmaqallı iştirakçılarından biri idi.

Oyunda yer aldığı müddətdə aparıcının çıxışları ilə yanaşı geyimi də müzakirələrə səbəb olub. Hər kəs onun veriliş başlayandan eyni libasları təkrar geyindiyini bildirib.

Səfərova bu tənqidlərə cavab verib:

"Bəziləri məni bir paltarı bir neçə dəfə geyindiyim üçün qınayırdı. Mən ora dəb sərgisinə, əyin-başımı göstərmək, sponsorların gözünə girmək üçün getməmişdim. Nəyim var idi, onu da geyindim. Siz eyni paltarı bir neçə dəfə geyinmirsiniz?”.
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR