Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da saatların əqrəbləri bir saat qabağa çəkilməklə yay vaxtına keçilir.
Qərarın icrasına nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.