Azərbaycan polisi: “Biz ümumiyyətlə, zarafat etmirik"

MARAQLI
14:56 01.04.2011
2036

Aprelin 1-də dünyanın müxtəlif yerlərində insanlar bir-biri ilə zarafat edir, əhval-ruhiyyəni yüksəldirlər. Lakin bu o demək deyil ki, aprelin 1-də hamı bir-birini aldada və ya güldürə bilər. Məsələn Azərbaycanın yol polisləri kimi...

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, hansı gün olmağından asılı olmayaraq, yol polisi öz işi ilə ciddi məşğuldur: “Biz ümumiyyətlə zarafat etmirik”.

K.Əliyev həmçinin qeyd edib ki, yol patrul maşınlarında yeni post-terminallar quraşdırılır: “Artıq işlər yekunlaşmaq üzrədir. Beynəlxalq Bankın dəstəyi ilə 200-dən çox aparatın quraşdırılması planlaşdırılır. Bu terminallar vasitəsilə sürücülər yerindəcə cərimələrini ödəyə biləcəklər. Bu imkandan qaydanı pozmuş və cərimə tətbiq olunmuş piyadalar da istifadə edə biləcək”.

OXŞAR XƏBƏRLƏR