Azərbaycanda ən populyar maşınlar hansılardır?

MARAQLI
09:27 28.04.2011
3751


«4 ildən artıqdır ki, «Mercedes» ölkəyə gətirilən maşınların sırasında liderliyini qoruyur. Gürcüstandan Azərbaycana gətirilən maşınların da əksəriyyətini Almaniya istehsalı olan avtomobillər təşkil edir. Rusiyadan isə ölkəyə daha çox «VAZ 2107» və «VAZ»ın digər modelləri gətirilir. Yerli bazarda Yaponiya, Koreya və Fransa istehsalı olan maşınlar da satılır», - deyə R.Osmanov bildirib.

Azərbaycanda ən çox satılan avtomobillər «Mercedes E-class», «Mercedes C-class», «Volkswagen Passat», «Volkswagen Jetta », 5-ci seriya «BMW»dir: «Əvvəllər diqqət daha çox «Mercedes C-class»a idisə, indi onu «Mercedes E-class» əvəzləyir. «Mercedes»ə təlabat 30%-dirsə, «BMW»yə təxminən 10, «Hyundai» avtomobillərinə isə 5-8%-dir».

 


OXŞAR XƏBƏRLƏR