Azərbaycanda pornoqrafik materialların satışı yığışdırılacaq
MARAQLI
12:31 28.04.2011
2372
Bununla bağlı qanun layihəsində məcəllənin 242-ci maddəsinin sanksiyasının dəyişdirilməsi təklif olunur.
Əlavə oluna dəyişikliklərdə göstərilir ki, bu cinayəti törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan qanunvericilikdə bu cinayətə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri cəzası nəzərdə tutulub. Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma dedikdə, həmin materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalarla qanunsuz ticarət başa düşülür.