Azərbaycanlı şagirdlər bir aylıq çörək pullarını yaponiyalı həmyaşıdlarına hədiyyə etdilər

Azərbaycanlı şagirdlər bir aylıq çörək pullarını yaponiyalı həmyaşıdlarına hədiyyə etdilər
MARAQLI
11:51 02.04.2011
2070

Bununla onlar Kəlbəcərin işğalın 18-ci ildönümü günü Yaponiya səfirliyində zəlzələdən zərər çəkmiş həyaşıdlarının dərdinə şərik olduqlarını nümayiş etdirmək istəyirlər. 

Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) ilə Parlament Jurnalistləri Birliyinin dəstəyilə keçirilən tədbirin məqsədi məhz Kəlbəcərin işğal günüdə həmin rayondan olan uşaqların Yaponiyada baş vermiş təbii fəlakət nəticəsində öz ölkələrində faciə yaşayan yapon həmyaşıdlarına dəstək olmaqdır. ARGTMŞ sədri Fuad Muradov bildirib ki, 19 ildir Kəlbəcərdən olan insanlar köçkün həyatı yaşayırlar: “Bu uşaqlar da faciə ilə üzləşiblər. Odur ki, bu gün Yaponiyada olan həmyaşıdlarına dəstək vermək üçün bura gəliblər. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşən bu uşaqlar faciə nəticəsində zərər çəkən yaponiyalı uşaqların dərdinə şərik olurlar”.

Yaponiyanın Azərbaycandakı səfiri Suşuke Vatanabe isə deyib ki, belə bir gündə bu uşaqların Yaponiyada baş verən təbii fəlakət nəticəsində həlak olan həmyaşıdlarına dəstək olması yüksək qiymətləndirilir. Azərbaycan xalqının səmimi qəlbini daha dərindən hiss etdiyini söyləyən səfir Yaponiyanın da hazırda çox ağır günlər keçirdiyini söyləyib: “Yaponiyada təbii fəlakət baş verən günlər ərəfələrində Azərbaycan yaponlara 1 milyon dollar miqdarında ianədə bağışlayıb. Həm Azərbaycan hökuməti tərəfindən, həmçinin bu gün uşaqların məktubu və yığdıqları pul məni çox təsirləndirdi. Mən bu pulu və köçkün uşaqların məktublarını mütləq Yaponiyaya göndərəcəyəm. Azərbaycanın bu dar gündə Yaponiyaya öz dost, yardım əlini uzatması bizim üçün çox əhəmiyyətlidir”.

Xatırladaq ki, məktəblilər yapon həmyaşıdlarına yazdıqları məktublarını və onlara dövlət tərəfindən verilən 1 aylıq müavinətlərini (çörək pullarını) Yaponiyada yaşayan uşaqlara çatdırmaq üçün səfirə təqdim ediblər.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
14:00 17.06.2025
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
13:40 17.06.2025
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
13:39 17.06.2025
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
13:34 17.06.2025
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
13:17 17.06.2025
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir
13:10 17.06.2025
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir