AZAL Bakı-Minsk aviareysi üzrə uçuşları bərpa edib

İQTİSADİYYAT
19:40 20.05.2014
3613
«Azərbaycan Hava Yolları» (AZAL) QSC bu gündən Bakı-Minsk aviareysi üzrə uçuşları bərpa edib.

APA-nın BELTA-ya istinadən xəbərinə görə, aviauçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri “Airbus-319” təyyarələri ilə yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL Bakı-Minsk aviareysi üzrə uçuşları 2007-2011-ci illərdə yerinə yetirib.

OXŞAR XƏBƏRLƏR