“AzDrama“dakı qalmaqala nazir də qarışdı - “Məlumatlar toplanılıb”
MƏDƏNİYYƏT
19:34 29.07.2015
2179
Mədəniyyət və Turizm Nazirliyi son günlər Akademik Milli Dram Teatrı ətrafında yaranan narazılıqlara münasibət bildirib.AZXEBER.COM xəbər verir ki, Nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Report-a açıqlamasında deyib ki, teatrların yaradıclıq sahəsində zaman-zaman müəyyən problemlər, narazılıqlar olub və elə yaradıcılıq mühitində də həll olunub:"Hazırda dövlət proqramı çərçivəsində teatrlarda yeni yaradıclıq fəaliyyətləri aparılır və yeni mövsümə hazırlıq işləri görülür.Akademik Milli Dram Teatrında çalışan bir neçə aktyorun teatrın rəhbərliyindən narazı olması məsələsinə gəlincə, qeyd edə bilərik ki, artıq nazirlikdə bu barədə məlumatlar toplanılıb.