AzeDer tələbələrə Avropa Parlamentində təcrübə keçmək imkanı yaradır - VİDEO

AzeDer tələbələrə Avropa Parlamentində təcrübə keçmək imkanı yaradır - VİDEO
SİYASƏT
17:25 04.07.2014
2340

AzeDer (Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi) 2013-cü ilin may ayından etibarən Avropanın və Türkiyənin müxtəlif universitetlərində təhsil almaqda olan tələbələrə Avropa Parlamentində təcrübə keçmək imkanı yaratmaqdadır.

Təcrübə proqramının müddəti 3 aydır və müddət ərzində azərbaycanlı tələbələr Avropa Parlamentinin qanunvericilik prosesi ilə yaxından tanış olur, parlamentin komitə iclaslarında müşahidəçi qismində iştirak edir və onların işinə rəhbərlik edən AP üzvlərinin, eləcə də onların üzvü olduqları siyasi partiyaların fəaliyyətini yaxından izləmək imkanı əldə edirlər.

Bu proqram öz növbəsində həmçinin yüksək ranqlı Avropa siyasətçiləri ilə gündəlik təmasda olmaq, onlarla Azərbaycan Respublikasının xarici siyasət kursunu müzakirə etmək, eləcə də onun problemlərini qabartmaq üçün müstəsna bir imkan yaratmaqdadır.

Xatırladaq ki, cari ilin sentyabr və noyabr aylarında da növbəti seçim mərhələsini müvəffəqiyyətlə tamamlamış azərbaycanlı gənclər təcrübə proqramında iştirak üçün Belçika Krallığının paytaxtı Brüsselə yola düşəcək.

Qeyd edək ki, AzeDer “Beynəlxaq Təcrübə Proqramları” layihəsini bir çox beynəlxalq quruluş və şirkətlərlə həyata keçirdir və xaricdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı artıq eyni zamanda gənc dövlət qulluqçularımız da bu layihədə iştirak edəcək.

Bu istiqamətdə ilk addım olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə AzeDer arasında aprelin 26-da təcrübə proqramlarında iştirak haqqında əməkdaşlıq memorandumu imzalanmışdır.

AzeDer-in sədri Rəşad Abdullayev isə öz növbəsində bildirmişdir ki, Azərbaycanın gələcəyi naminə dəyərli kadrların yetişdirilməsi üçün AzeDer-in həyata keçirdiyi “Beynəlxaq Təcrübə Proqramları” layihəsi mühüm rol oynamaqdadır və bu layihə “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasına töhfədir.

İzlədiyiniz video görüntüdə də Avropa Parlamenti üzvlərinin bizim layihəmiz və gənclərimiz haqqında düşüncələrini görürük ki, bu bizim üçün çox sevindirici haldır.

AzeDer 2013-cü ildə təsis edilib, baş qərargahı İstanbulda yerləşən təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışmağı qarşısına məqsəd qoymuş ünsiyyət və fəaliyyət məkanı olan azərbaycanlı gənclərin platformudur.

Təşkilat azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə töhfə verməsi və bununla yanaşı, gənclərin özünü inkişaf etdirə bilməsi üçün qurulmuş olan bir təşkilatdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
16:44 09.06.2026
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir