19:43 Cümə Axşamı, 21 Fevral 2019
İDMAN

Azərbaycan 14:0 hesabıyla qalib gəldi

12:47, 27.08.20111247
Azərbaycan 14:0 hesabıyla qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Pinzgau" klubunun U-15 komandası ilə yoldaşlıq oyunu keçirib. 

AFFA-dan verilən məlumata görə, qarşılaşma 14:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızın heyətində qolları Elnur Cəfərov (4 qol), Peyman Natiq (3), Ruslan Hacıyev, Renat Ağaverdiyev, Şaban Cəbrayılov, Fərid Əskərli, Kamran Nəcəfzadə, Məhəmməd Hüseynov vurub. Bir qolu isə Avstriya təmsilçisi öz qapısından keçirib.

XƏBƏR LENTİ