Azərbaycan Amerika Alyansı Amerikada ənənəvi Xocalı tanıtım aksiyasına start verir - FOTOLAR

Azərbaycan Amerika Alyansı Amerikada ənənəvi Xocalı tanıtım aksiyasına start verir -  FOTOLAR
Bütün Xəbərlər
17:12 12.02.2014
1108
Azərbaycan Amerika Alyansı Amerikada ənənəvi Xocalı tanıtım aksiyasına start verir
AZXEBER.COM -un Oxu.az-a istinadən verdiyi xəbərə görə, ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına start verir. Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə “XOCALI Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, meydanlara yerləşdirilir. Mobil proyeksiya vasitəsilə Xocalı soyqırımı haqda məlumatlar mərkəzi küçələrdə yerləşən binaların divarları üzərində əks olunur.
“Azərbaycan Amerika Alyansı artıq üçüncü ildir ki, ABŞ-da Xocalı soyqırımını tanıtım kampaniyasını həyata keçirir. Aksiyanın növbəti dəfə keçirilməsində məqsəd nəinki Azərbaycan, hətta dünya tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımını tam miqyası ilə okeanın o tayında tanıtmaqdır. Hesab edirəm ki, amerikalılar 22 il bundan öncə Azərbaycanda, Xocalıda baş verən bu dəhşətlərdən xəbərdar olmalı, bu soyqırımı tanımalıdır. Azərbaycan Amerika Alyansı olaraq okeanın o tayında ölkəmizin qeyri-maddi irsini, milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ etdiyimiz kimi, müasir tariximizi də tanıtmalı, müstəqilliyimizə aparan yolda hansı məşəqqətlərdən keçdiyimizi bəyan etməliyik. Bu kampaniya çox geniş auditoriyanı əhatə etmək iqtidarındadır və əminəm ki, bu kampaniyadan sonra daha da çox insan Xocalı soyqrımı, Azərbaycan həqiqətləri haqqında məlumatlanacaqdır”, - deyə AAA-nın təsisçisi Anar Məmmədov müsahibəsində bildirib.
İctimai maarifləndirmə kampaniyası bir neçə həftə ərzində davam edəcək. Ənənəvi mətbuat vasitələri olaraq, qəzetlərdə məqalə və redaktə qeydləri yer aldığı halda Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdə də yazılar dərc olunacaq və müzakirələr aparılacaqdır. Aksiyanın gedişatı, video- və foto-hesabatlar, məqalə, redaktə qeydləri, hadisələrə dair məlumat və kampaniyanın sosial şəbəkə komponentlərinə keçidlərini Azərbaycan - Amerika Alyansının aşağıdakı İnternet səhifəsindən əldə etmək olar:www.azerbaijanamericaalliance.org.
Fevralın 11-dən start götürəcək kampaniya Vaşinqton və Nyu-York ştatlarını əhatə edəcək. nəqliyyatın gur olduğu ərazilərdə, metro stansiyalarında plakatlar yerləşdiriləcək, Nyu-Yorkun məşhur Tayms meydanında quraşdırılan monitorlarda Xocalı soyqırımı haqda məlumatın əks olunduğu banner nümayiş olunacaq. Bir sira təhsil müəssisələrində Xocalı qurbanlarını anım tədbirləri keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə 
Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik