Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb
İDMAN
21:01 02.08.2025
201
Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.

Qeyd edək ki, Nazim Babayev sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq.
OXŞAR XƏBƏRLƏR