Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək

Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və  Liderlik Konfransına dəstək verəcək
İQTİSADİYYAT
10:29 14.03.2019
3095
5 aprel 2019-cu il tarixində 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçiriləcək. Konfransın sloqanı "İndi dəyişiklik zamanıdır”. Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən konfransa ölkəmizdə insan kapitalının inkişafına daim önəm verən Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərəcək.

AZXEBER.COM xəbər verir ki, 1-ci Bakı Kouçinq və Liderlik Konfransında Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssislər bir araya gələcək. Toplantıda iş dünyasından 300-dən çox mütəxəssisin və idarəçinin iştirakı gözlənilir. Öyrənmə və beynəlxalq təcrübənin mənimsənilməsi üçün geniş imkanlar yaradan bu konfransda Azərbaycan Beynəlxalq Bankı təmsilçiləri də iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və Liderlik Konfransında iştirak arzusunda olanlara maraqlı bir imkan da yaradır. Yaxın günlərdə bankın Facebook sosial şəbəkəsindəki korporativ səhifəsində bununla bağlı müsabiqə elan ediləcək. Müsabiqənin 2 qalibi konfransda iştirak hüququ qazanacaq. Konfrans haqqında ətraflı məlumatı www.clcbaku.com səhifəsindən əldə etmək olar. Tədbirdə iştirak üçün bileti isə buradan sifariş vermək mümkündür: https://clcbaku.ticketsetup.com

Kouçinq insanların könüllü, şüurlu və planlı şəkildə öyrənmə, fərdi inkişaf prosesidir. Kouçinqin əsas məqsədi şəxslərin potensialının üzə çıxarılması, onlarda özünəinamın və motivasiyanın artırılması, əldə etdikləri müsbət nəticələrin maksimum səviyyəyə qaldırılmasıdır. Bu cür tədbirlər isə Azərbaycanda kouçinqin yeni bir istiqamət kimi inkişafı, bu sahədə xarici təcrübənin öyrənilməsi, daha çox şəxsin kouçinqin imkanlarından faydalana bilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb