08:54 Bazar Günü, 25 Avqust 2019
İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi

13:49, 22.04.20194379
Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində problemli kreditlər üzrə kompensasiya ödənişlərinə Azərbaycan Beynəlxalq Bankında da bu gündən start verilir.
 
AZXEBER.COM xəbər verir ki, kompensasiya vəsaitlərinin köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək. Proses növbəlilik prinsipi əsasında aparılacaq.

Azərbaycan Beynəlxalq Bankından müştərilərə SMS göndərilərək kompensasiya ödənişlərinin yeri və vaxtı barədə əvvəlcədən məlumat verilib. Bu, vətəndaşların rahatlığı, onların vaxtına qənaət üçündür. Belə ki, müştərilər təyin edilmiş vaxtda filiala gələrək növbədə dayanmadan, təqdim etdikləri məlumatlar müvafiq qaydada yoxlandıqdan sonra kompensasiya ödənişlərini ala bilərlər.

Telefon nömrəsini dəyişmiş müştərilərdən isə Bankın 937 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub. Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində bu barədə bildiriş yerləşdirilib.

Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala bankın səhifəsi üzərindən daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar
XƏBƏR LENTİ