Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında bok üzrə Avropa çempionatı başa çatıb. ANS PRESS-in məlumatına görə, finala boksçularımızdan Şamil İbrahimzadə (57 kiloqram) yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı Arkadi Plemeçenko olub. Boksçumuz 14:9 hesabı ilə qalib gəlib və Avropa çempionu tituluna qazanıb.