“Azərbaycan bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır” - İlham Əliyev

SİYASƏT
14:03 05.12.2013
1009

İstanbulda keçirilən 2-ci Xəzər forumunda Prezident İlham Əliyevin məktubu səsləndirilib.

AZXEBER.COM xəbər verir ki, məktubda bildirilib:“Hörmətli Forum iştirakçıları!Sizi səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.Xəzər Strateji İnstitutunun təşkilatçılığı ilə keçirilən bu forum adət-ənənə halını almaqdadır. Hesab edirəm ki, hökumət rəsmilərinin, siyasətçilərin, elm adamlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin və biznes nümayəndələrinin iştirak etdiyi bu mötəbər toplantı region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, tarixi “İpək Yolu”nun canlandırılması, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan yeni-yeni nəhəng transmilli layihələrin reallaşdırılması işinə əhəmiyyətli töhfə verə bilər.Şərqlə Qərbi qovuşduran Xəzər regionu ötən yüzilliyin sonlarından dünyanın önəmli geostrateji mərkəzlərindən birinə çevrilib. Bölgədə özünəməxsus yeri olan Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı və ixracçısı kimi yalnız qonşu ölkələrin deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardınca TransAnadolu və TransAdriatik boru xətlərinin tikintisinə dair yeni sazişlərin imzalanması Cənub Dəhlizinin gerçəkləşdirilməsi prosesinə güclü təkan verib, Xəzər enerji resurslarının daha əlverişli marşrutlarla dünya bazarlarına nəqlinə şərait yaradıb.Son 10 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı regionda və dünyada iritutumlu layihələr həyata keçirməyə, müxtəlif ölkələrin yanacaq enerji kompleksinə, sənayesinə və sosial infrastrukturuna böyük məbləğdə sərmayələr yatırmağa imkan verib.Bizim təşəbbüsümüzlə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu isə böyük “İpək Yolu”nun bərpası istiqamətində növbəti addım olaraq sivilizasiya və mədəniyyətlərin yaxınlaşmasına xidmət edəcək.Ümid edirəm ki, forumda aparılan müzakirələr və irəli sürülən təkliflər Xəzər bölgəsinin dövlətləri və xalqları arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın yeni forma və istiqamətlərinin müəyyənləşməsinə, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verəcək.Forum iştirakçılarını bir daha təbrik edir, toplantının işinə uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR