16:25 Cümə Axşamı, 18 Oktyabr 2018
GƏNCLİK

Azərbaycan gənclərinin konsultasiya mexanizmləri Avropada təqdim olundu

15:11, 04.10.20184635
Azərbaycan gənclərinin konsultasiya mexanizmləri Avropada təqdim olundu
Rumıniyanın Kluj-Napoka şəhərində 9 ölkənin iştirakı ilə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin Forumunda Azərbaycan gəncləri də iştirak ediblər.

"Report”un xəbərinə görə, tədbirdə Azərbaycanı Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Vəliyev, Gəncə Gənclər Evinin metodisti Şəhriyar Hacıyev və "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin könüllüsü Şəbnəm Əliyeva təmsil ediblər. 

Forumun əsas məqsədi Avropa Gənclər Paytaxtlarının şəhər konsultasiya mexanizmlərinin inkişaf etdirilməsi və nümuməvi modelin yaradılması olub. Forumda Azərbaycan nümayəndə heyətinin bir sıra təklifləri müzakirə olunaraq dəstəklənib.

Forum çərçivəsində keçirilən görüşlərdə Kluj-Napoka şəhərinin meri Emil Bokla bir sıra layihələr barədə müzakirələr aparılıb. Səfər müddətində Gəncə şəhərinin gənclər üçün istifadə etdiyi konsultasiya mexanizmlərini əks etdirən təqdimat forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Forumda təmsil olunan nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilib. O, gənclərlə tövsiyələrini bölüşüb.
XƏBƏR LENTİ