"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatı

İQTİSADİYYAT
15:41 18.02.2025
198
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

AZXEBER.COM xəbər verir ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk.

OXŞAR XƏBƏRLƏR