03:26 Cümə, 22 Iyun 2018
SOSİAL

Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq

19:04, 12.03.20181194
Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

AZXEBER.COM -un Trend-ə istinadən məlumatına görə, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və "Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

"Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.

XƏBƏR LENTİ