12:38 çərşənbə, 15 Avqust 2018
İDMAN

Azərbaycan idmançısının Olimpiadada debüt vaxtı bilindi

21:17, 13.02.2018621
Azərbaycan idmançısının Olimpiadada debüt vaxtı bilindi

Azərbaycanı təmsil edəcək idmançı Patrik Braxnerin Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında start xəttinə çıxacağı gün məlum olub. 

"Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.

Həmin gün nəhəng salolom yarışları baş tutacaq. Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Hər iki halda idmançılar start xəttinə səhər saatlarında çıxacaqlar.

Xatırladaq ki, Patrik Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.

XƏBƏR LENTİ