Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazandı

Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazandı
İDMAN
21:23 22.06.2019
8302
Azərbaycan "Minsk 2019" II Avropa Oyunlarında dördüncü medalını qazanıb.

AZXEBER.COM xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bürünc medala sahib olub.

Balanslı hərəkətlərdə 28,160 bal toplayan cütlük Artur Belyakov - Volqa Melnik (Belarus) duetindən 0,330 xal, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) duetindən isə 0,70 xal geri qalıb.

Daha əvvəl Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə gümüş medal əldə edib.
OXŞAR XƏBƏRLƏR