Azərbaycan-İran sərhədində atəş açıldı, yaralanan var

Azərbaycan-İran sərhədində atəş açıldı, yaralanan var
SOSİAL
10:44 04.04.2021
3814
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 6:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunmuş­dur.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mışdır. Sərhəd naryadının "dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbay­can Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilmiş və onlardan biri yaralanmışdır. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keç­mişdir.

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilmiş və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunmuşdur.

Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz