Azərbaycan məktəblərində yenilik

Azərbaycan məktəblərində yenilik
17:50 07.03.2013
1138
Bu yaxınlarda qonşu uşaqlar arasındakı maraqlı bir dialoqun şahidi oldum. 7 yaşlı Murad özündən iki yaş böyük Nurlandan 50 qəpik pul istəyirdi. Maraqlı orası idi ki, Murad aldığı pulu 10 qəpikdən 5 günə qaytaracağını deyirdi. Yoldaşı razılaşdı və Murad pulu alıb sevinə-sevinə mağazaya qaçdı.Muradın fərasətinə, əslində, heyran qaldım. Qeyd edək ki, Azərbaycanda artıq bütün uşaqlar Murad kimi maliyyə biliklərinə yiyələnə biləcəklər. Azərbaycanın orta məktəblərində şagirdlərə maliyyə bacarıqları öyrədiləcək. Təhsil Nazirliyi, “Ümidli gləcək” təşkilatı banklarla birlikdə bu layihəni həyata keçirir.Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ildə valideyn-müəllim assosiasiyaları ilə birlikdə maliyyə biliklərinin Bakının 20 məktəbində pilot layihə kimi icrasına başlanılıb. Bu məktəbdənkənar dərnəklər, klublar şəklində təşkil olunur.Nazirlik rəsmisinin verdiyi məlumata görə, maliyyə təhsili mövzuları ilə bağlı bəzi fənnlərə, məsələn, həyat bilgisinə və ya istisadiyyatın əsaslarına daxil edilməsi nəzərdə tutulub. Bunun məktəb proqramına daxil olunması, kurikuluma salınması üçün standartlar hazırlanmalıdır. Layihə sınaqdan uğurla çıxarsa, gələcəkdə daha da genişləndiriləcək.Maliyyə biliklərinin şagirdlərə əhəmiyyətinə gəlincə, burada məqsəd uşaqlara öz büdcəsini bilmək, topladığı pulu necə xərcləməyi, ən azı bank kartlarından istifadə etmək vərdişlərini aşımalıdır.
OXŞAR XƏBƏRLƏR