Azərbaycan Milli Məclisi İTAR-TASS agentliyinin məlumatı ilə bağlı bəyanat yaydı

Azərbaycan Milli Məclisi İTAR-TASS agentliyinin məlumatı ilə bağlı bəyanat yaydı
SİYASƏT
14:15 06.06.2014
1201
“Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycan tərəfinin Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcəyini bildirməyib”
Azərbaycan Milli Məclisi Rusiyanın İTAR-TASS agentliyinin ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycanın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etməsi barədə yaydığı məlumatla bağlı bəyanatla çıxış edib. Milli Məclisdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin iyunun 4-5-də Moskvada rəsmi səfərdə olarkən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib:
“Guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcək. Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da, Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir”.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də İTAR-TASS agentliyinin xəbərini təkzib edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
Gəmidəkilərin nəşləri tapıldı
13:10 09.06.2026
Gəmidəkilərin nəşləri tapıldı