Azərbaycan millisində ciddi itki - 4 həftə oynamayacaq

Azərbaycan millisində ciddi itki - 4 həftə oynamayacaq
İDMAN
21:20 30.05.2019
6239

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

AZXEBER.COM  AFFA-ya istinadən xəbər verir ki, bu oyunlara hazırlığını Bakıda davam etdirən millimizin yarımmüdafiəçisi Eddi İsrafilov sıradan çıxıb.

Klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin  toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR