Azərbaycan qılıncoynadanları İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb

Azərbaycan qılıncoynadanları İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
İDMAN
21:04 20.11.2025
104
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının finalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.

Həlledici qarşılaşmada rəqibinə 38:39 hesabı ilə məğlub olan yığmamız turniri ikinci pillədə başa vurub.
OXŞAR XƏBƏRLƏR