Azərbaycan Qran Prisində üçüncü qəza

Azərbaycan Qran Prisində üçüncü qəza
İDMAN
12:10 04.06.2021
509
Formula 2 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü başa çatıb.

Bolidlərin treklə tanışlığında Marina Sato ("Trident” komandası) və Lirim Zendelidən ("MP Motorsport” komandası) sonra DAMS komandasının israilli pilotu Roy Nissani də xoşagəlməz hadisə ilə üzləşib.

Onun bolidi 14-cü döngədə divara çırpılaraq sıradan çıxıb və Nissani yarışı dayandırmalı olub.

Qeyd edək ki, "Hayteç” komandasının estoniyalı pilotu Yuri Vips sərbəst yürüşdə hamıdan sürətli olub.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR