Azərbaycan "Roblox" a qarşı hansı addımı atacaq? - VİDEO

Azərbaycan "Roblox" a qarşı hansı addımı atacaq? - VİDEO
SOSİAL
23:36 29.01.2026
1072
Uşaqlar arasında pis vərdişlərin yayılmasında "Roblox" kimi oyunların böyük təsiri var. Bunun qarşısını almaq vacib məsələdir.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Uşaq Məsələləri Şöbəsinin Baş məsləhətçisi Könül Tağızadə deyib. O bildirib ki, komitə bununla bağlı "Roblox" korporasiyasına rəsmi müraciət ünvanlayıb.

Bildirildi ki, təxminən bir ay müddətinə rəsmi müraciətə cavab gəlməyəcəyi təqdirdə, aidiyyəti üzrə tədbirlər görüləcək. Komtə rəsmisi onu da vurğuladı ki, valideynlər bəzən övladlarına roblox və digər oyunları oynamaq üçün öz mobil telefonlarını verirlər. Bu isə internet məkanında uşaqlar üçün əsl rəqəmsal təhlükə mənbəyi olur.

O da bildirildi ki, ümumilikdə Roblox platforması geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.

OXŞAR XƏBƏRLƏR