18:46 Bazar Ertəsi, 22 Oktyabr 2018
SİYASƏT

“Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir” - Hikmət Hacıyev

14:25, 04.10.20185334
“Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir” - Hikmət Hacıyev
Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabr ayında Soçidə və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir.

Bunu AZXEBER.COM-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, dövlət başçılarının etimada və dostluğa əsaslanan səmimi dialoqu və müntəzəm görüşləri tərəfdaşlıq əlaqələrinin hərtərəfli inkişafında xüsusi çəkiyə və əhəmiyyətə malikdir.
 
"Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımdan yeni perspektivlər və imkanlar vəd edir. Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
XƏBƏR LENTİ