Azərbaycan şou-biznesində narkotikdən istifadə edən məşhurlar kimlərdi? - ADLAR

MAQAZİN
13:28 07.12.2012
4597

AZXEBER.COM- un "Modern.az"a istinadən verdiyi xəbərə görə, Azərbaycan şou-biznesində narkodik istifadə edən sənətçilər aşağıdakılardı. Əməkdar artist, tanınmış gitara ifaçısı Rəmiş uzun müddət narkotik maddə istifadəçisi olub. Müsahibələrindən birində “Uşaqlıqdan narkotik istifadə edirəm, “Kubinka”da, “Dağlı məhəlləsi”ndə olduğum üçün. Narkotik səhhətimə çox pis təsir edib, bu həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi, – bu da həqiqətdir. Gör mən Allahın nə qədər düzgün bəndəsiyəm ki, hələ yaşayıram, ölməmişəm”. Repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Hüseyn Dəryanın üzərindən heroin aşkar edilib və o həbs olunub. Bir müddət sonra buraxılıb. Digər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin də narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır. Hətta ötən il reper Elşad Xose narkotik gəzdirdiyinə görə suçlanaraq həbs olunsa da, sonradan azadlığa buraxıldı. Müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotik asılılığının olduğu bildirilir. “Qəşəng-qəşəng” mahnısı ilə tanınan meyxanaçı Zaur Aşiqin ölümünə səbəb də narkotikdən istifadə etməsidir. Hətta qeyd olunur ki, ölən zaman iynə qolunda olub. Həmçinin əksər meyxanaçıların narkotik istifadəçisi olduğu bildirilir.

 

OXŞAR XƏBƏRLƏR