Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
AZXEBER.COM xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 0:2 hesabı ilə məğlub olub.
Bundan başqa, Cavad Ağayev bürünc medal uğrunda döyüşdə məğlub olub, Məryəm Məmmədova 1/4 finalda, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.










































