Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Türkiyəyə başsağlığı verdi
SİYASƏT
11:16 25.02.2026
331
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, başsağlığında deyilir:

"Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.
OXŞAR XƏBƏRLƏR