Azərbaycan ‘Türkvizyon’nun qalibi oldu - VİDEO

MAQAZİN
23:33 21.12.2013
2015

Bu gün Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, müsabiqənin qalibi azərbaycan təmsilçisi Fərid Həsənov olub. O, "Yaşa" adlı mahnı ifa edib. O, 210 səs toplayıb.Müsabiqə Türk Musiqi Birliyi (TBM) televiziya kanalı, TÜRKSOY təşkilatı və "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqəyə Azərbaycan da daxil olmaqla 24 ölkənin təmsilçisi qatılıb. Onlardan 12-si müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.Finalda Azərbaycan, Türkiyə, Belarus, Kosova, Qazaxıstan, Bosniya və Herseqovinya, Tatarıstan, Ukrayna, Rusiya Federasiyasının Altay muxtariyyəti, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Özbəkistan təmsilçiləri iştirak edib.

OXŞAR XƏBƏRLƏR