Azərbaycan və Ermənistan XİN rəhbərləri Kiyevdə görüşüblər

SİYASƏT
11:36 05.12.2013
1025

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Kiyevdə təkbətək görüş keçiriblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin özünün “Twitter” səhifəsində yazıb.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi müzakirə olunub.

Təkbətək görüşdən sonra E.Məmmədyarov və E.Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov(Rusiya), Ceyms Uorlik(ABŞ), Jak For(Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə müzakirələri davam etdiriblər.XİN rəhbərləri ATƏT-in Nazirlər Şurasının Kiyevdə keçirilən iclasında iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR