Azərbaycan və İraq Hökumətlərarası Komissiyasının protokolu imzalanıb

SİYASƏT
14:22 04.12.2013
972

Bu gün Bakıda keçirilən Azərbaycan və İraq Hökumətlərarası Birgə Komissiyanın birinci iclasının protokolu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, sənədi rabitə və informasiya texnologiyaları naziri, komissiyanın Azərbaycan tərəfdən həmsədri Əli Abbasov və İraqın rabitə və əyalət işləri naziri, komissiyanın həmsədri Torhan Müder Həsən Əl Müfti imzalayıblar.İclas zamanı tərəflər birgə maraq kəsb edən məsələləri müzakirə ediblər və bunun nəticəsini yekunlaşdıraraq bir sıra sahələrdə razılığa gəliblər.Həmin sahələr təhsil və elmi tədqiqatlar, informasiya və kommunikasiya texnologiyaları, maliyyə, vergi və gömrük, kənd təsərrüfatı, mədəniyyət, turizm, ətraf mühit, gənclər və idman sahələridir.Həmçinin, iclasın sonunda Hökumətlərarası Komissiyanın ikinci iclasının İraqda keçirilməsi ilə bağlı razılığa gəlinib. İclasın vaxtı isə yaxın müddətdə məlum olacaq.

OXŞAR XƏBƏRLƏR