Azərbaycan vətəndaşlığından imtina edən idmançının toyu oldu
İDMAN
08:42 18.02.2012
2337
Türkiyə vətəndaşlığını seçən 21 yaşlı azərbaycanlı sprinter Ramil Quliyev subaylığın daşını atıb. “Fənərbaxça”nın atletika şöbəsinin rəhbəri Fikrət Çətinkayanın apasport.az saytına verdiyi məlumata görə, gənc atletimiz ukraynalı idmançı ilə ailə qurub. O bildirib ki, Ramilin toyu Türkiyədə olub və təmtəraqlı keçib: “Bir müddət öncə artıq Quliyevin toyu oldu. Çox yaxşı keçdi. O, hazırda ailəsi ilə birgə yaşayır”.