05:19 Cümə Axşamı, 18 Iyul 2019
MƏDƏNİYYƏT

Azərbaycan xalçaları 'eurovision.tv'də

00:09, 24.03.20121893
Azərbaycan xalçaları 'eurovision.tv'də

Eurovision.tv saytı Azərbaycan xalçaları haqqında məlumat və videogörüntülər yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan xalçaları öz növünə və rənglərinə görə fərqlənir. Hər bir toxunuşun öz mənası və fəlsəfəsi var. Bu barədə AZXEBER.COM portalı müsabiqənin rəsmi saytına istinadən xəbər verir. 

Məlumatda, həmçinin bildirilir ki, Azərbaycan xalçası insan və təbiət arasında olan təmasdan irəli gələn bir fenomendir, azərbaycalıların adət-ənənələri və həyat tərzi ilə bağlıdır.

Yaranma tarixi orta əsrlərə təsadüf edən Azərbaycan xalçaları yun, ipək və hətta qızıl və gümüş saplardan toxunub.

Məlumatda qeyd olunur ki, Azərbaycan xalçası YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

XƏBƏR LENTİ