Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
İDMAN
21:41 16.12.2021
327
UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

AZXEBER.COM xəbər verir ki, İsveçrənin Montrö şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan / Moldova cütünün qalibi yığmaları ilə birlikdə III qrupda mübarizə aparacaq.

C Liqası

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan - Moldova cütünün qalibi

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

OXŞAR XƏBƏRLƏR