05:03 çərşənbə, 25 Aprel 2018
İDMAN

“Azərbaycana getdiyim üçün təəssüflənmirəm"

12:14, 08.01.2018558
“Azərbaycana getdiyim üçün təəssüflənmirəm
Məni burada istədikləri üçün çox tez geri döndüm. Baş məşqçi Radu Birlika zəng vurdu və geri qayıtmağımı xahiş etdi. Burada məni hər kəs axtarırdı. Əks halda, qayıtmazdım.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu qış fasiləsində "Səbail"dən ayrılaraq sabiq komandası Rumıniya "Poli Timişoara"sına dönən Aleksandru Popoviçi prosport.ro saytına müsahibəsində deyib.

Rumıniyalı hücumçu bildirib ki, vətənə qayıtması üçün bir sıra səbəbləri olub. Onun sözlərinə görə, "Poli Timişoara"nın uzunmüddətli müqavilə təklif etməsi də həlledici rol oynayıb: "Azərbaycanda maaş yüksək idi və vaxtında verilirdi. "Səbail" klubu ilə hələ 5 aylıq müqaviləm vardı. Mənim üçün davamlılıq önəmlidir. "Poli Timişoara" ilə 2,5 illk müqavilə bağladım. Bura qayıtmağım üçün çoxlu səbəblərim vardı və bu da onlardan biridir. "Səbail" ilə müqaviləmdə bənd var idi ki, təklif alsam, gedə bilərəm. Onlar isə məndən razı qalmayacaqları təqdirdə, sözləşməyə xitam verə bilərdilər. İndi isə 2,5 illik müqavilə bağlamışam və heç yerə getmək istəmirəm. Ötən mövsüm olduğu kimi, yenə ən azı 6 qol vurmağı hədəfləmişəm".

Karyerası ərzində ilk dəfə legioner həyatı yaşayan 30 yaşlı futbolçu deyib ki, bu, onun üçün yaxşı təcrübə olub. Popoviçi "Səbail"ə keçdiyi üçün təəssüflənmədiyini söyləyib: "Karyeram ərzində özümü xaricdə sınamaq istəyirdim. Mənim üçün uğurlu mövsüm idi. Orada məni həqiqətən istəyirdilər. Azərbaycana getdiyim üçün təəssüflənmirəm. Özümü yaxşı hiss edirdim və çoxlu sayda oyun keçirdim. Bizim bir sıra uğurlu nəticəmiz oldu. Mənim üçün fərqli, amma faydalı təcrübə oldu".

Qeyd edək ki, Aleksandru Popoviçi ötən ilin avqustunda Azərbaycan Premyer Liqasının debütantı "Səbail" klubu ilə 1 illik müqavilə bağlayıb. Lakin qış fasiləsində qarşılıqlı razılaşma əsasında sözləşməyə xitam verilib. O, cari mövsümdə 11 oyunda iştirak edib və 2 qol vurub. 
0
XƏBƏR LENTİ