Azərbaycana köç edən nadir növ çöl quşları ovu qadağan edilir - ETSN

Azərbaycana köç edən nadir növ çöl quşları ovu qadağan edilir - ETSN
SOSİAL
22:02 10.05.2021
413
Azərbaycana köç edən nadir növ çöl quşları qorunur və bir çox başqa ölkələrdən fərqli olaraq yaz köç vaxtı quşların ovu qadağan edilir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Ornitoloqlar Cəmiyyətinin sədri Elçin Sultanov deyib.

O bildirib ki, Aranın yarımsəhrası və burada yerləşən şoran göllər qış vaxtı maksimum məhsuldarlığa çatdığı üçün qışlayan quşları qida ilə təmin edir.

"Köçəri quşlar Azərbaycan üçün olduqca vacib rol oynayır. Çünki Azərbaycanın coğrafi yerləşməsi və iqlimi şimalda-Tundra, Tayqa qırağında, Rusiyada küllü miqdarda yuvalayan quşların qışlamağa Azərbaycana, subtropik iqlimə gəlməsinə səbəb olur. Beləliklə milyonlarla köçəri quşlar həm köç vaxtı, həm də qışlamada qida ilə təmin edilirlər. Su quşları, qaz, ördək və digərləri əsasən Volqa, Ural arasından, Qərbi Sibir və Qazaxıstan ərazisindən Azərbaycan ərazisinə gəlir. Azərbaycanda yuvalayan quşlar isə qışlamada Şimal-Şərqi Afrikaya gedir. İndi onlar həmin ərazilərdən və Hindistandan qayıdırlar, Azərbaycana gəlib yuvalayırlar. Bunlar ibislər, xırda sərçəkimi quşlardır. Azərbaycan köçəri quşları üçün olduqca mühüm rol oynayır".

Köç yollarında bəzən daralma getdiyini vurğulayan E. Sultanov bildirib ki, Böyük Qafqazla Xəzər dənizi arasında, Beşbarmaq ərazisindən dar dəhliz keçir.

"Dəvəçi limanı ərazisində bu quşlar küllü miqdarda köç edir. Burada beynəlxalq müşahidə nöqtələri yerləşir, hər il müxtəlif alimlər və quşsevərlər gəlib müşahidələr aparır. Buradan su quşları, yırtıcı quşlar, sərçəkimi quşlar köç edir. Ümumiyyətlə köç mövsümündə Azərbaycandan 10 milyonlarla quş köç edir. Payızda onların sayı 2-3 dəfə daha çox olur. Yazda daha az olur. Köç edən quşların onda biri Azərbaycanda qışlamada qalır. Azərbaycana köç edən nadir növ çöl quşları qorunur və bir çox başqa ölkələrdən fərqli olaraq yaz köç vaxtı quşların ovu qadağan edilir. Çünki onlar yuvalamağa gedirlər və onları ovlamaq böyük səhv olardı".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım