Qurumun prezidenti Rövnəq Abdullayev bildirib ki, tenderə Mərdəkandakı "Dalğa Arena" və Bayıl qəsəbəsində inşa edilən stadionlar çıxarılıb. Abdullayev deyib ki, Premyer Liqanın teleyayım hüququ Peşəkar Futbol Liqasından alınaraq AFFA-ya verilib. O bildirib ki, telekanallar tender üçün AFFA-ya müraciət etməlidirlər.Onun sözlərinə görə, teleyayımdan gələn pul Premyer Liqadakı 12 klub arasında bölüşdürüləcək. /Trend/