Bu qış Mərkəzi Aran bölgəsində son illərin ən sərt şaxtaları qeydə alınıb.
Mingəçevir İxtisaslaşdırılmış “Göl” Stansiyasının rəisi Vaqif Məmmədovun sözlərinə görə, bu il ölkə ərazisində ən kəskin soyuq hava yanvar və fevral aylarında müşahidə olunub. Ötən illərə nisbətən bu il hava daha çox soyuq keçib. Ən sərt şaxta yanvar və fevral ayınının ilk 10 günlüyündə müşahidə olunub. Soyuq hava axını Azərbaycan ərazisinə şimal və qərb istiqamətindən gəlib.
AZXEBER.COM El TV-yə istinadən xəbər verir ki, bu antisiklon nəticəsində ölkə ərazisinə uzunmüddətli soyuq hava daxil olub. Mərkəzi Aranda temperatur davamlı şəkildə, mənfi 6-7 dərəcə təşkil edib. Vaqif Məmmədov deyir ki, uzun müddət Aran bölgəsində belə hava şəraiti qeydə alınmayıb. Daha dəqiq desək, sonuncu dəfə 26 il bundan öncə Mərkəzi Aran zonasında belə şaxtalı qış müşahidə olunub: "1988-89-cu illərdə havanın belə soyuq olması noyabr ayında baş verib. Həmin vaxt temperatur mənfi 7-8 dərəcə olub”.